“Baku Moda Gecəsi 2014”- “Excelsior Hotel Baku”-da

Xəbərlər 1 Sentyabr 2014 00:00 1200
“Baku Moda Gecəsi 2014”- “Excelsior Hotel Baku”-da

Sentyabrın 13-də “Excelsior Hotel Baku” otelində açıq hovuzun ətrafında “Baku Moda Gecəsi 2014”  tədbiri  keçiriləcək. Oteldən seyyah.az-a verilən məlumata görə, tədbirdə modelyer Zümrüd Mirzəliyevanın “Ziyafət geyimləri” Pred-a-Porte”, Hökümə  Hacıyevanın “Payız-qış 2014” kolleksiyası, Günel  Beybutovamın  “Çimərlik geyimləri” və Ukrayna  dizayneri Svetlana Dmitrienkanın “Kruiz 2014” kolleksiyaları  nümayiş  olunacaq.  Fasilə  zamanı Diana Hacıyeva mahnılar ifa edəcək. 


Bilet əldə etmək üçün “Excelsior  Hotel Baku”  oteli 496 80 00  nömrəsi  ilə  əlaqə  saxlamaq mümkündür.  Biletlərin qiyməti 10, 20 və 30  AZN  təşkil edir.


Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

 

 

OXŞAR XƏBƏRLƏR