Turizm obyekti sayılacaq yerlər bəlli oldu - QƏRAR

Turizm obyekti sayılacaq yerlər bəlli oldu - QƏRAR
Xəbərlər 25 Dekabr 2017 12:54 579
Turizm obyekti sayılacaq yerlər bəlli oldu - QƏRAR

 

Nazirlər Kabineti “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı”nı təsdiq edib.

Səyyah.az turizm portalının məlumatına görə siyahıya 19 yerləşmə vasitəsi növü daxil edilib.

Bura mehmanxanalar və motellər,  sanatoriyalar, pansionatlar, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinqlər, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binalarda mənzillər (otaqlar), hostellər, dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri daxildir. @fed.az

OXŞAR XƏBƏRLƏR