Ötən ildən fərqli olaraq bu il Rusiya vətəndaşlarının 78 faizi Yeni ili öz evlərində qeyd edəcəklər.
Səyyah.az turizm portalı Rusiya mediasına istinadən xəbər verir ki, maddi durumla əlaqədar bu il çox az sayda vətəndaş bayramı ölkə xaricində keçirəcək. Əhali arasında aparılan sorğuya əsasən, rusların çoxu 2018-ci ili daha çox İsrail, Hindistan, Vyetnam və Şimali Koreyada qeyd etmək istəyir. Lakin iqtisadi böhranla əlaqədar onlar bayramı evdə keçirməli olacaqlar.