Avropa İttifaqı və Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya razılaşması sentyabrın 1-dən qüvvəyə minir.
Razılaşmaya görə, əsasən təhsil və biznes üçün Avropaya üz tutan azərbaycanlılar vizanı daha asan əldə edəcək, həmçinin rüsum və tələb edilən sənədlərin sayı da azaldılacaq.
Viza sadələşdirilməsi və readmissiya razılaşması 2012-2013-cü illərdə Aİ və Azərbaycanın aparılan Klikləyindanışıqlardan sonra mümkün olub.
Razılaşma Böyük Britaniya, Danimarka və İrlandiyaya viza qaydalarına aid deyil.
Tez-tez səhayət edənlərə isə uzun müddətli- 1 ildən 5 ilədək viza veriləcək. Diplomatik pasport sahibləri isə səyahətlərini vizasız həyata keçirəcək.
Readmissiya razılaşması isə Aİ üzvləri və Azərbaycan höküməti qarşısında öhdəlikləri aydınlaşdırır. Öhdəliklərə tərəflərin ölkələrində qeyri-qanuni yerləşmiş şəxslərin geri qaytarılması zamanı və forması aiddir. Üçüncü ölkə vətəndaşları və viza və ya yaşayış izni almaq istəyən, hazırda qeyri-müəyyən vəziyyətdə olan vətəndaşlığı olmayan şəxslərin də taleyi bu sazişlə müəyyənləşəcək.
Readmissiya sənədlərinə baxarkən Avropa İnsan Haqları Konvensiyasına əsasən İnsan Haqlarının qorunması həyata keçiriləcək, Aİ Bakı Bürosu məlumat verir.
Bu ilin fevralın 28-də isə Aİ və Azərbaycan icazəsi olmadan yaşayan şəxslərin readmissiyası üzrə razılaşma imzalayıb.
Qüvvəyə minmə gününə qədərsə, tərəflər iki ay ərzində daxili prosedurların bitməsi barədə bir-birini məlumatlandırıb.
Bununla da 2012-ci il fevralın 7-dən 2013-cü il iyulun 5-ə qədər olan dörd mərhələli danışıqlar "uğurla" sonlanıb, Aİ Bakı Bürosunun məlumatında deyilir.
Hələlik, Aİ bu cür razılaşmaları 12 ölkə ilə imzalayıb- Cape Verde Respublikası, Albaniya, Bosniya və Hersoqovina, Makedoniya Keçmiş Yuqoslav Respublikası, Moldova Respublikası, Monteneqro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycan.