Qatarlara əlavə vaqonlar qoşulur - GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİ

Qatarlara əlavə vaqonlar qoşulur - GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİ
Xəbərlər 25 Dekabr 2017 15:52 736
Qatarlara əlavə vaqonlar qoşulur - GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİ

Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur


Səyyah.az turizm portalı xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejiminə keçib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. 

"Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir. “Azərbaycan Dəmir Yolları” bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə o qeyd edib. 

OXŞAR XƏBƏRLƏR