Azərbaycanda heyvanlar üçün hotel açıldı - QİYMƏTLƏR

Azərbaycanda heyvanlar üçün hotel açıldı - QİYMƏTLƏR
Xəbərlər 25 Dekabr 2017 18:43 1233
Azərbaycanda heyvanlar üçün hotel açıldı - QİYMƏTLƏR

Hotelin mətbəxi, camaşırxanası, hovuzu və heyvanların əylənməsi üçün attraksionları var

Bir neçə ildir ki, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin nəzdində ev heyvanları üçün otel fəaliyyət göstərir. Heyvan sahibləri bir neçə günlük səfərə və ya istirahətə gedəndə ev heyvanlarını həmin otelə verib gedə bilərlər. Otel ikinövbəli iş rejimində işləyir, yəni heyvanlar 24 saat  nəzarətdə olurlar.

Səyyah.az saytı  FED.az-a istinadən xəbər verir ki, Xilasetmə Mərkəzinin əməkdaşı Vüsalə Əlinin verdiyi məlumata görə, burada pişiklər üçün 20-25, itlər üçün 30-dan çox otaq var. Ev heyvanlarını otelə yerləşdirməzdən əvvəl onların sahiblərinin bəzi şərtləri bilməsi lazımdır. Ən vacib məsələlərdən biri heyvanların peyvəndli olmasıdır. Onların sevdiyi yataq və ya sevimli oyuncaq varsa, onu da heyvanla birlikdə gətirmək olar. Burada olduğu müddətdə itlər və pişiklər müəyyən saatlarda gəzintiyə buraxılırlar.

Otelin həyəti, mətbəxi, camaşırxanası, həyətində isə hovuzu və gəzinti üçün park, heyvanların əylənməsi üçün attraksionlar var. Oteldə qiymətlər ev heyvanının it və ya pişik olmasından, nə qədər qalmasından asılı olaraq dəyişir. Pişiklər üçün gündəlik qiymət 15, itlər üçün 20-25 manatdır. Heyvanlar uzun müddət qalanda həmin qiymətlərə endirimlər edilir.

OXŞAR XƏBƏRLƏR