"Four Seasons Hotel Baku" yeni layihə təqdim edib. Seyyah.az xəbər verir ki, layihə əfsanəvi Qiz Qalasında nigah mərasimlərinin keçirilməsi ilə bağlıdır.
Bununla da "Four Seasons" otellər şəbəkəsi göstərdiyi xidmətlərlə yanaşı, yerləşdiyi ölkələrin mədəniyyəti, ənənələri və dünya xalqlarının tarixi mirasına böyük hörmət və ehtiramla yanaşaraq, gözəl və tarixi adət-ənənələri daim yaşatmağa çalışır.
Layihənin əsas məqsədi, tarixi məkanda nigah mərasiminin keçirilməsi: əcdadlarımızın mirasına bağlılıq və milli-mədəni dəyərlərin və adət -ənənələrin qorunub saxlanılmasıdır.
Ətraflı məlumat üçün: +99412 404 24 24