Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq

Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq
Xəbərlər 28 Dekabr 2017 10:20 802
Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq

Gələn ildən bəzi xarici ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq.

 

Səyyah.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

 

Onun sözlərinə görə, martın 2-dən Birləşmiş Ərəb Əmirliyinin “Etihad Airways” şirkəti Əbu-Dabi - Bakı istiqamətində uçuşlar həyata keçirəcək: “Artıq bu istiqamət üzrə bilet satışına başlanılıb”.

 

N.Bağırov qeyd edib ki, gələn il iyun ayından İsrailin “Arkia” aviaşirkəti də Bakıya həftədə 3 dəfə olmaqla, birbaşa aviareys yerinə yetirməyi planlaşdırır.

 

Assosiasiya sədri qeyd edib ki, hazırda Polşadan Bakıya birbaşa uçuşların həyata keçirilməsi üçün danışıqlar aparılır: “Artıq uşuçların yerinə yetirilməsi üçün razılıq əldə edilib. Uçuşların gələn il iyun ayından başlayaraq, həftədə 2 dəfə həyata keçirilməsi planlaşdırılır”.

 

N.Bağırov bu reyslərin Azərbaycanda turizmin inkişafına təkan verəcəyini söyləyib.

OXŞAR XƏBƏRLƏR