Bu il xaricə gedən azərbaycanlı turistlərin sayı çoxalıb.
Səyyah.az turizm portalı xəbər verir ki, bunu fins.az –a turizm şirkətindən bildiriblər. Artıq Yeni İl bayramına az qaldığından bir çox turistlərimiz otellərdə boş nömrələr tapa bilmirlər. Bu vəziyyət istər ölkə daxili istərsə də xarici ölkələrin otellərində müşahidə olunur. Bsə turistlər bu vəziyyətdən necə çıxsınlar? Şirkətdən verilən məlumata görə, buna səbəblərdən biri də ondan irəli gəlir ki, bu nömrələri turizm şirkətləri bronlaşdırır. Ola bilər ki müştəri bir başa otelə zəng edir və oteldə boş yer olmur. Bu təbii haldır. Lakin həmin müştəri bir başa turizm şirkətinə müraciət etsə boş nömrə əldə edə bilər. Çünki boş yerləri öncədən turizm şirkətləri alır deyə verilən məlumatda qeyd olunur.