Sürətləndirilmiş elektron viza müraciəti neçə saata cavablandırılacaq?

Sürətləndirilmiş elektron viza müraciəti neçə saata cavablandırılacaq?
Xəbərlər 29 Dekabr 2017 14:14 468
Sürətləndirilmiş elektron viza müraciəti neçə saata cavablandırılacaq?

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.  

Səyyah.az turizm portalı FED.az-a istinadən xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. 

Onun sözlərinə görə, qanunun 7-1.6-cı maddəsinə "günü" sözündən sonra, “elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat" sözlərinin əlavə edilməsi təklif edilir. 

Yeni maddəyə əsasən, Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciətə ən geci 3 saat ərzində baxılacaq.

Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.

OXŞAR XƏBƏRLƏR