Ağsu şəhərində məişət və iaşə xidməti kompleksi tikilir.
Səyyah.az turizm portalı xəbər verir ki, bunu Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib.İcra başçısı qeyd edib ki, 2 milyon 100 min manata başa gələcək kompleksdə 24 yerlik hotel, mini bazar, kafelər, restoranlar olacaq. Eyni zamanda, burada böyük hotel və uşaq əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun üçün şəhərdə 3 hektar sahə ayrılıb. Artıq hazırlıq işləri görülür.