AZAL-ın sərnişini tarixə düşdü - 18 milyonuncu oldu FOTO

AZAL-ın sərnişini tarixə düşdü - 18 milyonuncu oldu FOTO
Xəbərlər 29 Dekabr 2017 15:00 939
AZAL-ın sərnişini tarixə düşdü - 18 milyonuncu oldu FOTO

 

Vnukovo beynəlxalq aeroportunda 2017-ci ildə 18 milyon sərnişinə xidmət göstərilib. Səyyah.az turizm portalının məlumatına görə ilin əvvəlindən aeroportun ümumi sərnişin axını 2015-ci ildəki rekord illik göstəricini (15 milyon 815 min sərnişin) ötüb.

Rekord göstəriciyə 12 yeni sərnişin daşıyanın fəaliyyətə başlaması ilə nail olunub. "Rusiya", "Pobeda", "Utair" və "Turkish Airlines", həmçinin başqa Rusiya və xarici sərnişin daşıyanlarla aeroportun müvəffəqiyyətli əməkdaşlığı var. 

Aeroportun marşrut şəbəkəsi təxminən 170 istiqamətdən ibarətdir və Rusiyanın bütün ərazisini, həmçinin Avropanın, Asiyanın və Afrikanın bir çox ölkəsini əhatə edir. Hər il aeroport Rusiya və xarici aviaşirkətlərin 170 min reysini qəbul edir. 

AZAL aviaşirkətinin Bakı-Moskva reyslə uçmuş Yelena Buqrimenko 18-milyonuncu sərnişin oldu. Sərnişini Vnukovo aeroportunun ticarət üzrə baş direktorun müavini Anton Kuznetsov və AZAL aviaşirkətinin nümayəndəsi Rahib İsayev təbrik etdilər və ona aeroport və aviaşirkət adından hədiyyələr verdilər. Vnukovo aeroportundan sərnişin VIP Lounge pulsuz xidmətini və suvenir dəstini alıb. AZAL aviaşirkətindən isə təyyarənin modeli hədiyyə edilib. 

Vnukovonun beynəlxalq aeroportu — Rusiyanın ən böyük hava nəqliyyatı komplekslərindən biridir. Hər il aeroportda Rusiya və xarici aviaşirkətlərin 170 mindən çox reysi qəbul edilir. Vnukovonun beynəlxalq aeroportu Moskva aeroportlarının arasında öz əlverişli nəqliyyat imkanları ilə seçilir. 

Vnukovonun aerodrom kompleksi iki müasir uçuş-enmə zolağına malikdir. Aerodrom saatda 58 uçuş-enmə əməliyyatını həyata keçirmək mümkündür. Vnukovo hava limanı kompleksinin ümumi ərazisi təxminən 300 min kv. metrdir. Vnukovo aerodromunda ildə 35 milyon sərnişinə xidmət göstərmək imkanı mövcuddur.  




OXŞAR XƏBƏRLƏR