Prezident “Yanardağ”a getdi, ciddi tapşırıqlar verdi - Fotolar

Prezident “Yanardağ”a getdi, ciddi tapşırıqlar verdi - Fotolar
Xəbərlər 29 Dekabr 2017 15:35 670
Prezident “Yanardağ”a getdi, ciddi tapşırıqlar verdi - Fotolar

Bu gün prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.
 
  Səyyah.az turizm portalının məlumatına görə, qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Prezident qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil. İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.


OXŞAR XƏBƏRLƏR