Xaricə getmək istəyənlər üçün - ŞAD XƏBƏR

Xaricə getmək istəyənlər üçün - ŞAD XƏBƏR
Xəbərlər 30 Dekabr 2017 19:04 5813
Xaricə getmək istəyənlər üçün - ŞAD XƏBƏR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları olacaq. Bir çox dövlət və özəl müəssisələri üçün qeyri-iş günləridir.

Lakin bu bayram günlərində Baş Pasport İdarəsi və regional şöbələri qarşıdan gələn bayram və istirahət günlərində iş başında olacaq.

Seyyah.az turizm portalı xəbər verir ki, xarici pasport almaq və ya dəyişdirmək üçün 31 dekabr — 1-4 yanvar tarixlərində də müraciət edə bilərsiniz.

Qeydiyyatda olduğu yerdən asılı olmayaraq hər bir vətəndaşızın müraciəti qəbul olunur. Qeyd edək ki, iş saatları dəyişməzdir.

Həftə içi və şənbə günləri 09:00-18:00, bazar günü isə 11:00-17:00-a qədər idarə xidmətinizdə olacaq.

OXŞAR XƏBƏRLƏR