Son illər Azərbayanın bölgələrində istirahət obyektləri çoxaldıqca, istirahət üçün onlara üz tutan yerli vətəndaşların da sayı artmaqdadır. Bəzi müştərilər xaricə səyahət etməkdənsə, istirahəti ölkə daxilində keçirməyə üstünlük verirlər. Amma yerli istirahət obyektləri heç də həmişə onların ümidlərini doğrultmurlar.
Bakı sakini Elnur Quliyev səyyah.az-a müraciət edərək ölkənin məşhur istirahət məkanlarının birində - Lerikdəki Relax istirahət mərkəzində üzləşdiyi vəziyyət barədə məlumat verib. Səyyah.az-a ünvanlanan məktubda bildirilir: "Hər il ailəlikcə Türkiyənin kurort bölgələrində istirahət edirdik. Bu il isə qərara gəldik ki, öz vətənimizdə istirahət edək və pulumuz öz ölkəmizdə xərcləyək. Bu səbəbdən Azərbaycanın taninmiş istirahət mərkəzlərindən birini - Lerikdə yerləşən Relax İstirahət mərkəzini seçdik. Lakin buna çox peşman olduq. Qiymətlər kifayət qədər yuxarı (adi kotecin bir günluk qiyməti 150 AZN) olsa da xidmət də kifayət qədər aşağı idi.
Ərazi olaraq təbiəti cox gözəl olsa da, servis çox aşağı səviyyədədir. Otaqda kondinsioner işləmirdi və bunu aradan qaldırmaq üçün heç bir iş görülmədi. İki günlük istirahət müqabilində 300 AZN ödəniş üçün çek tələb etsəm də, çek verilmədi. Mərkəzin şikayət kitabçası yox idi. Personal və inzibatçilar isə müştərilərlə danışıq mədəniyyətindən çox-çox uzaqdılar".
Elnur Quliyev yazıb ki, istirahət mərkəzində xidmətdən narazı qaldığı üçün hətta ödənişi etmək də istəməyib: "İstirahət mərkəzində əvvəlcədən vəd edilən xidmətlər tam göstərilmədiyi üçün ödənişi tam ödəməkdən imtina etmək istəsəm də, üstümə təhlükəsizlik xidmətinin işçiləri göndərildi. Ailə üzvlərimin qarşısında xoşəgəlməz insidentin olmaması üçün mərkəz tərəfindən istənilən məbləği ödəməyə məcbur oldum. Bütün narazı qalanlarla da bu cür rəftar edilir".
Şikayətçi bu hallarla bağlı mərkəzin rəhbərliyini məlumatlandırsa da, bu, nəticəsiz qalıb: "Hətta mərkəzin baş inzibatçısı adlanan Azər adlı şəxslə birbaşa telefonla əlaqə saxlayarkən belə bir nəticə vermədi və mənim istənilən şəxsə şikayət edə biləcəyimi bildirdi. Həmin gün bu mərkəzdən narazi qalanlar çox idi, lakin hamı şikayətin mənasız oldugunu düşünərək bunu etməmək qərarına gəldilər".
E.Quliyevin sözlərinə görə, mərkəzdə xidmətin səviyyəsi çox aşağı olub, hətta ən adi qaydalar belə gözlənməyib: "Bizə vәd edilәn 504 nömrәli kotecdә kondinsioner işlәmirdi. 3 gün әrzindә düzәlәcәyini vәd etsәlәrdә düzәldilmәdi. Maraqlı olan o idi ki, 504 nömrәli kotecdә kondsioner artiq 10 gündü işlәmirdi vә bunu bilә-bilә o qiymәtә satişa çıxarılıb. Bunu iş yoldaşım da tәsdiq etdi, o da ailәsi ilә bizdәn 1 hәtfә qabaq hәmin kotecdә dincәlmişdi. Yayin istisindә otaqda kondsionerin işlәmәmәsi istirahәti 0-a endirdi. Otaqda sәliqәsizlik, vanna otaginda qirilmiş lәvazumatlar. Ümumiyyәtlә, nә girişdә, nә dә çıxışda tәhvil- tәslim edilmәdi. Çox biabirçı tәşkılatçılıq idu. Pulu verәndә çek verilmәdi, posterminal və şikayәt kitabçası yox idi. Bizdәn başqa narazi qalanlar kifayәt qәdәr çox idi. Sadәcә şikayәti kimә, harda vә necә edә bilmәyәcәklәrindәn bunu etmirdilәr. Rәhbәrlik (Azәr adlı şəxs) buna adı hal kimi baxaraq kobudcasına "xoşunuz gәlmirsә gәlmәzdiz" demәklә kifayәtlәndi, narahatlığa görə heç üzr dә istәmәdi".
Əvəzində E.Quliyev "Relax"da rastlaşdığı hal barədə Mədəniyət və Turizm Nazirliyinə müraciət edib: "Bütün bunlardan sonra Mədəniyyət və Turizm Nazirliyinə bu ədalətsizlik və özbaşınaliq barədə şikayət etməyi qərara gəldim. Xahiş edirəm bununla baglı bir tədbir görəsiniz. Nə vaxtadək biz bu cür inzibatçıların səriştəsiziliyi ücbatından xarici ölklərədə dincəlməliyik? Prezidentimiz İlham Əliyev hər zaman turizm məkanlarinin açlişı zamanı istənilən vətəndaşın öz ölkəsində istirahət etmək hüququ oldugunu söyləmişdir. Lakin Relax İstirahət Mərkəzinin rəhbərliyinin mənim bir vətəndaş oldugumu unudaraq narazılığımla bağlı istənilən yerə şikayət edə biləcəyimi rahatlıq və özünə arxayınlıqla deməsi ölkədə ədalətsizliyin təbliğinə bir işarədir. İnanıram kı, mənim timsalımda Relax İstirahət Mərkəzində yüzlərlə mənim kimi aldadlıan vətəndaşların şikayəti bir nəticə verəcək.
Azərbaycan Respublikasının vətəndaşı Elnur Quliyev"
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.