Fransanın paytaxtı Parisin əsas rəmzlərindən olan Eyfel qülləsi “Eleanor” qasırğasının səbəb olduğu güclü külək ilə əlaqədar ziyarətçilər üçün müvəqqəti bağlanıb.
Bu barədə Səyyah.az turizm portalı RİA Novosti-yə istinadən xəbər verir. Fransa meteoroloji xidmətinin məlumatına görə, bəzi yerlərdə sürəti saatda 140 kilometrə çatan güclü külək səbəbindən ölkənin 51 departamentində narıncı təhlükə səviyyəsi tətbiq olunub.Fransa Fövqəladə Hallar Xidmətindən AFP-yə verilən məlumata əsasən,qasırğa nəticəsində bəzi departamentlərdə 9 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.Daha əvvəl “Enedis” milli elektrik təchizatı şirkətindən Fransada 200 min evin qasırğa səbəbiylə elektrik enerjisiz qaldığı bildiriblər.