Yeni il gecəsi Dubayın mərkəzində keçirilən Light UP 2018 işıq şousu yüksək rəylərlə ən irimiqyaslı layihə olaraq tarixə düşüb.
Dünyanın ən böyük göydələni, Burc Xalifədə baş tutan Light Up 2018 lazer şousunu izləməyə Dubayın əsas meydanına milyonlarla insan toplaşıb. Sosial şəbəkələrin və canlı yayımların sayəsində isə, ümumilikdə lazer şousunu dünyada 2,5 milyarddan çox insan izləyib. Səyyah.az turizm portalı xəbər verir ki, geniş layihənin həyata keçirilməsi üçün ümumi çəkisi 118 tondan artıq olan çoxlu işıq aksesuarları və 28,7 kilometr kabel çəkilib Beləliklə, 2018-ci ilin Light UP şousu, Ginnesin Rekordlar Kitabının məlumatına görə, "bir bina üçün nəzərdə tutulmuş ən böyük işıq və səs şousu" olub.