Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə gələn – TURİSTLƏRİN SAYI

Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə gələn – TURİSTLƏRİN SAYI
Xəbərlər 4 Yanvar 2018 14:26 479
Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə gələn – TURİSTLƏRİN SAYI

Bayram günlərində “Şahdağ” Turizm Mərkəzi 16 mindən çox turist qəbul edib.

Səyyah.az turizm portalı xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, beş istirahət günü ərzində mərkəzə turist axını müşahidə olunub: “Artıq altıncı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur. Şahdağa üz tutan turistlərin sayı ilbəil artır. Bu il istirahətə gələn turistlərin 40%-dən çoxu məhz xizək sürmək üçün müraciət ediblər”. Mətbuat xidmətindən əlavə olunub ki, istirahət günlərində mərkəz gücləndirilmiş iş rejimində çalışıb.

OXŞAR XƏBƏRLƏR