Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur.
Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2 000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyil. Bunun üçün mütləq tarix qoxan küçələri addımaddım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan - Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımdır. Bu kəşfi etmək istəyənlər üçün isə ölkədə fəaliyyət göstərən turizm şirkəti İstanbula tur təşkil edir. Səfər 13.01.2018- 16.01.2018 tarixlərində 3 gecə 4 gün olacaq. Səyyah.az turizm portalı xəbər verir ki, turun qiyməti 275 dollardı. Bu qiymətə aviabilet (gediş- gəliş), oteldə qonaqlama , səhər yeməyi və transfer daxildir. @fins.az