"Buta Airways" reyslərində baqajın və əl yükünün daşınması aviabiletin tarifi ilə tənzimlənir.
Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur. "STANDART" tarifi qeydiyyatdan keçən baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verilir. Əl yükü də ödəniş müqabilində daşınır. Əlavə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir: Qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
Portativ kompyuter (noutbuk)
Gül dəstəsi
Əl ağacı
Çətir
Kağızlar üçün qovluq
Üst geyim
Mobil telefon
Fotoaparat
Videokamera
Portpleddə kostyum
Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi Hava gəmisinin salonunda və ya sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar İki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar. Baqaj üçün ödənişli yerlər: Əl yükü: çəki məhdudiyyəti tətbiq olunmur, üç ölçünün cəmi üzrə 110 santimetrdən (55*35*20 sm) artıq olmayan ölçüdə - 25 Avro (30 ABŞ dolları) Baqaj: çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə - 25 avro (30 ABŞ dolları ). Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 avro (25 ABŞ dolları) təşkil edir