AZƏRBAYCAN HAVA YOLLARI QSC (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::
lot 1 - Azərbaycan Hava Yolları QSC-nin Bakı-Sankt-Peterburq-Gəncə və Bakı-Moskva-Gəncə marşrutları üzrə reysləri yerinə yetirən uçuş heyətinin estafeti üçün Gəncə şəhərində otel xidmətləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu (AZ1044) (Əlaqələndirici şəxs :Vadim Ponomaryov, telefon :(+99412) 497-26-00 (əlavə 85-12); faks: 497-85-12) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 650 manat
| Hesab: | AZ 15 AZAL 38050001000000000000 |
| VÖEN | 9900000831 |
| Bank: | Bank Silk Way ASC |
| Kodu: | 507473 |
| VÖEN: | 9900006241 |
| M/H: | AZ70HABZ 01350100000000020944 |
| S.W.İ.F.T: | AZAL AZ 22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-01-25 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-02-05 18:00qədər Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu (AZ1044) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-02-06 11:00 tarixində AZ1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI