AZAL-dan sərnişinlər üçün vacib məlumat!

AZAL-dan sərnişinlər üçün vacib məlumat!
Xəbərlər 5 Yanvar 2018 14:51 548
AZAL-dan sərnişinlər üçün vacib məlumat!

 

2018-ci il yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

Səyyah.az turizm portalı xəbər verir ki, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq. Bu barədə AZAL-ın yaydığı məlumatda deyilir.

"Sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edirik. Siz həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqajınız olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərsiniz",- məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR