Balacalar üçün tamaşalar - QİYMƏTLƏR

Balacalar üçün tamaşalar - QİYMƏTLƏR
Xəbərlər 5 Yanvar 2018 15:50 533
Balacalar üçün tamaşalar - QİYMƏTLƏR

"Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılı CosplayClub "Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılını təqdim edir.

    Tamaşaçılar əsl sehrbaz olub, xeyirxahlıq, cəsurluq və ixtiraçılıq kimi keyfiyyətləri mənimsəməkdə evimli qəhrəmanlarına kömək edə biləcəklər. Tamaşanın süjetinə görə,Kiberton planetindən olan dəyərli qonaqlar yeni il gecəsi Şaxta baba ilə Qar qızı görmək üçün tələsirlər – Avtobot Optimus Praym və BamblBi, Qar Səltənətindən Şaxta məlaikə - Elza və bacısı Anna, hamının sevdiyi xeyirxah Olaf və Kristof, Güzgü sakinləri (Güzgünün içində yaşayanlar) – Dəlisov şlyapaçı, Mart dovşanı, Çeşir pişiyi və sehrli saatların qoruyucusu – Əlahəzrət Zaman. Qəhərmanların macərları qeyri-adi hadisələrlə zəngindir, yollarda hər cür maneəyə rast gəlirlər, xəyali amansız qüvvələr planlar qurular və Qurdların Qırmızı Kraliçası deseptikonlarla bayramı korlamaq istəyirlər, Elflərlə Alisa isə Yeni ilin gəlişinə qədər Zaman Qoruyucusunu geri qaytarmalı və yenidən Möcüzəvi Saat mexanizmini işə salmalıdırlar.

Möcüzəvi Qarışıqlıq – dostluğun istənilən çətinliyi aradan qadırdığını nümayiş etdirən maraqlı əhvalatdır. Mahnılar, rəqslər, qəhrəmanların macəraları sizi nağıl boyu müşayiət edəcək və siz unudulmaz yeni il gecəsi ab-havasına düşəcəksiz.

Müddət - 1 saat 20 dəqiqə, fasiləsiz.

Biletlərin qiyməti – 35 manat (Ana + uşaq)

06 yanvar 12:00 Crown Hotel

06 yanvar 15:00 Crown Hotel

07 yanvar 12:00 Rus dilində Rus Dram Teatrı 10 - 28 manat

Qrinç "Əfsanənin Qayıdışı"

“Qrinç. Əfsanənin qayıdışı” musiqili tamaşası hansısa Ktoqrad şəhərindən və onun Milad bayramının əsl mənasını anlamağa çalışan gənc sakini Sindi Ludan bəhs edir. Bəziləri Milad bayramının mənasını hədiyyələrdə, digərləri isə evlərin bəzədilməsində görür, lakin onun öz ruhuna həqiqətən dəyər verəni tamaşanın sonunda öyrənəcəksiniz!

Sehr və sürprizlərlə zəngin bayram abhavası. İnanılmaz dekorasiyalar, qeyriadi kostyumlar, aktyorların oyunu, müəllif musiqisi ilə ahənglik təşkil edən baletin məharəti sizə və uşaqlarınıza unudulmaz təəssüratlar və xeyli parlaq emosiyalar bəxş edəcək!

07 yanvar 12:00 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 8 - 30 manat

07 yanvar 15:00 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 8 - 30 manat

07 yanvar 17:00 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 8 - 30 manat

"Çarli və şokolad fabrikası"

Çarli və Şokolad Fabrikası adlı myuzikl Opera və Balet teatrın səhnəsində nümaiş olunacaq. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Çarli yoxsul ailənin uşağıdır. O və ailəsi şəhərin kənarında taxta və köhnə bir evdə yaşayırlar. Onun babası bir zamanlar Villi Vonkanın şokolad fabrikində işləmişdi. Lakin Villi Vonkanın bütün işçiləri işdən çıxarmasının ardından işsiz qalır və bir gün fabrikə qayıdacağına ümid edir...

06 yanvar 12:00 15:00 17:00 8 - 30 manat

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

 

 

OXŞAR XƏBƏRLƏR