Azərbaycanda muzeylərə gedənlər artıb

Ötən il ölkənin 228 muzeyinə baş çəkənlərin sayı 2 mln. 212 min nəfər olub
Xəbərlər 2 Sentyabr 2014 00:00 1214
Azərbaycanda muzeylərə gedənlər artıb

Muzeylər Azərbaycanda ən populyar mədəniyyət ocaqlarına çevrilib. Səyyah.az-ın məlumatına görə, bu "Azərbaycan təhsili, elmi və mədəniyyəti 2014" statistik hesabatında əksini tapıb. Hesabatda bildirilir ki, ötən il ölkənin 228 muzeyinə baş çəkənlərin sayı 2 mln. 212 min nəfər olub. Bu ölkə üzrə rekord göstəricidir. Nəticədə Azərbaycanın hər 1000 nəfər sakininə 238 muzey qonağı düşür. Ölkədə ən çox tarix muzeyləri fəaliyyət göstərir - onların sayı 73-dür. Ən çox qonaq da məhz bu muzeylərə üz tutub - 988 min nəfər.

Ötən il muzeylərdə 3094, onlardan kənarda isə 1595 sərgi keçirilib. Ölkədəki muzeylərin 214-ü Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.

OXŞAR XƏBƏRLƏR