İtaliyanın cənubunda yerləşən bu şəhərdə pulsuz evlər paylanılır.
Belə ki, Kalabriya vilayətinin Krikoli şəhər rəhbərliyi şəhərin mərkəzi tarixi yerində yerləşən iki mərtəbəli evləri pulsuz paylamaq qərarına gəlib. Səyyah.az turizm portalı xəbər verir ki, bu evlər vaxtı ikən bu ərazidə yaşayan sakinlərə məxsus olublar. Lakin sonradan bu evlər sahibləri tərəfindən tərk edilib. Bununla da adı çəkilən şəhər rəhbərliyi Kalibriya yeni sakinlərin və turistlərin diqqətini cəlb etmək üçün bu addımı atmaq qərarına gəliblər. Hazırda Krukolidə 3 min insan yaşayır. Sakinlərin sayı isə ilbəil azalır. Lakin evlər o şərtlə pulsuz verilir ki, bu evlərə sahib olmaq istəyənlər mənzilləri təmir etdirəcək. Ev sahibi olmaq istəyən namizədlərə tələblər aşağıdakı kimidir: Ev alan hər bir şəxs gorpv olaraq 5 min avro ödəməlidir Evi əldə etmək istəyən şəxs Avropa birliyi ölkələrinin birində yaşamaq icazəsi olmalıdır. Ev yeni sahibinin mülki olduqdan 6 ay sonra mənzildə təmir işlərinə başlanılmalıdır. Evləri yalnız şəxsi mənzil və ya otel kimi istifadə etmək mümkündür.
Bu qaydaları yetirməyən şəxslərdən sahiblik hüququ əlindən alınır. Evlərin siyahısı 2018-ci il 15 yanvar tarixində saat 09:00-dan etibarən Krikoli şəhər bələdiyyəsinin saytında yerləşdiriləcək. @fins