“Air Arabia”nın Qəbələyə təşkil edəcəyi uçuşun tarixi bəlli olub

“Air Arabia”nın Qəbələyə təşkil edəcəyi uçuşun tarixi bəlli olub
Xəbərlər 8 Yanvar 2018 15:47 513
“Air Arabia”nın Qəbələyə təşkil edəcəyi uçuşun tarixi bəlli olub

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Air Arabia” aviaşirkəti Qəbələyə yerinə yetirəcəyi müntəzəm uçuşların tarixini açıqlayıb.

Səyyah.az turizm portalı xəbər verir ki, Ərəb KİV-lərinin verdiyi məlumata görə, uçuşlara cari ilin 27 iyun tarixindən start veriləcək. Şirkətin baş icraçı direktoru Adil əl-Əli vurğulayıb ki, uçuşlar həftədə 3 dəfə olmaqla bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək. “Həyata keçiriləcək uçuşlar hər iki tərəfdən, həm Körfəz ölkələri, həm də Azərbaycandan səyahət edən sərnişinlərin sayını artıracaq və Qafqaz regionu ilə əlaqələrimizi gücləndirəcək”, - deyə baş icraçı direktor qeyd edib.

Qeyd edək ki, uçuşlar “Şarja” beynəlxalq hava limanından yerli vaxtla saat 13:00-da start götürəcək, saat 16:10-da “Qəbələ” hava limanında başa çatacaq. Geri dönüş saatı isə 17:15 - 19:50-dir.

@APA

OXŞAR XƏBƏRLƏR