Azərbaycana 3 nəfər turist keçmiş SSRİ-nin pasportu ilə gəlib - STATİSTİKA

Azərbaycana 3 nəfər turist keçmiş SSRİ-nin pasportu ilə gəlib - STATİSTİKA
Xəbərlər 8 Yanvar 2018 17:38 1437
Azərbaycana 3 nəfər turist keçmiş SSRİ-nin pasportu ilə gəlib - STATİSTİKA

2017-ci il ərzində Azərbaycana səfər edən xarici vətəndaşlar arasında 3 nəfər keçmiş SSRİ-nin pasportu ilə gəlib.

Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunları ilə bağlı statistikasında qeyd olunub. Bundan başqa ötən il Azərbaycana gələn turistlər arasında 2 nəfər Şimali Koreya vətəndaşı da olub. Həmçinin geridə qoyduğumuz 2017-ci ildə Azərbaycana səfər edən turistlər arasında Azərbaycana Dominikan Respublikası, Vatikan, Botsvana, Liberiya, Yuqoslaviya, Bahama, Svazilend, Antiqua və Barbuda, Saint Lucia, San Tome və Prinsipe, Terks və Kaikos, Malavi, Monako, Amerika Samoası, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Tuvalu, KaboVerde, Kiribati, Lesoto, Papua Yeni Qvineya, Saint-Vinsent və Qrenadin dövlətlərinin vətəndaşları da var.

OXŞAR XƏBƏRLƏR