Bakıdan Məşhədə səfərlərdə nə dəyişdi?

Bakıdan Məşhədə səfərlərdə nə dəyişdi?
Xəbərlər 9 Yanvar 2018 11:30 552
Bakıdan Məşhədə səfərlərdə nə dəyişdi?

 

İranda baş verən nümayişlər Azərbaycandan bu ölkəyə ziyarətə gedənlərin sayına təsir etməyib.

 Səyyah.az turizm portalının məlumatına görə FED.az turizm şirkətlərinə istinadən xəbər verir ki, Bakıdan Məşhəd ziyarətinə gedənlərin səfərləri təxirə salınmayıb. 

"Furqan Travel"-dən bildirdilər ki, yanvarın 15-də növbəti qrup yola düşəcək. Səfərin qiymətində də dəyişiklik olmayıb. Bakı-Məşhəd-Bakı ziyarət turlarının qiyməti 170-180 manat arasında dəyişir. Qiymətə nəqliyyat, 3 gün hoteldə qonaqlama, qidalanma daxildir.   
Bakıdan təşkil edilən Məşhəd- Kərbəla-Məşhəd-Bakı reysləri də davam etdirilir. Həmin ziyarətlərin qiyməti  570 manatdır. 

OXŞAR XƏBƏRLƏR