Misirdə son illər təhlükəsizlik baxımından zəifləmiş turizm sektoru yenidən canlanır.
Səyyah.az turizm portalının məlumatına görə ötən il Misirə turizm axını 55 faiz artıb. Bildirilir ki, həmin dövrdə ölkəyə gələn turistlərin ümumi sayının 30 faizini ərəb ölkələrinin sakinləri təşkil edib. Bu, 2016-cı illə müqayisədə 15 faiz çoxdur. Asiyadan gələn turistlərin sayı isə 2 dəfə artıb. Xəbəri “BBC.com” verib.