Bakının məşhur otelində bomba həyacanı

Otelə əməliyyat qrupları və xilasedicilər cəlb edilib
Xəbərlər 18 Sentyabr 2014 00:00 866
Bakının məşhur otelində bomba həyacanı

Sentyabrın 17-nə keçən gecə Bakının məşhur otellərindən olan və Səbail rayonu, Neftçilər prospektində yerləşən "Hilton" otelinə partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 

İnformasiyanın yoxlanılması üçün müvafiq tədbirlər görülüb. Otelə əməliyyat qrupları və xilasedicilər cəlb edilib.

Saat 01:20 radələrində başlayan axtarışlar nəticəsində oteldə hər hansı partlayıcı aşkarlanmayıb.

Hazırda yalan məlumat verən şəxsin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Lent.az

OXŞAR XƏBƏRLƏR