Atatürk Hava Limanı yalnız dövlət başçılarını qəbul edəcək

Atatürk Hava Limanı yalnız dövlət başçılarını qəbul edəcək
Xəbərlər 11 Yanvar 2018 14:06 143
Atatürk Hava Limanı yalnız dövlət başçılarını qəbul edəcək

 

İstanbulda üçüncü beynəlxalq hava limanının istismara verilməsindən sonra Atatürk aeroportu yalnız Türkiyəyə səfər edən dövlət başçılarının təyyarələrini qəbul edəcək.

Bu açıqlamanı Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhmət Arslan səsləndirib. Səyyah.az turizm portalı xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Nazirin sözlərinə görə, aeroportda sərgi mərkəzi də fəaliyyət göstərəcək. Terkos gölü yaxınlığında tikilən 3-cü aeroportla bağlı dövlət layihəsinin realizəsinə  gəlincə,  Arslan bildirib ki, hazırda nəzərdə tutulan işlərin 78 faizi tamamlanıb:

“İstanbulun 3-cü aeroportunda terminalların tikintisi, bütün sistemlərin sınağı başa çatıb”.

Ə.Arslan qeyd edib ki,  İstanbulun üçüncü aeroportunda iki fövqəladə uçuş-eniş zolaqları salınacaq, fevralın sonunda burada sınaq uçuşları həyata keçiriləcək. Aeroport infrastrukturunun yoxlanılmasında şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Binəli Yıldırım da iştirak edəcək. İlkin olaraq, aeroport təxminən 90 milyon sərnişinə xidmət göstərəcək.

OXŞAR XƏBƏRLƏR