«Buta Airways»da yanaşı uçmağın yolu tapılıb

«Buta Airways»da yanaşı uçmağın yolu tapılıb
Xəbərlər 11 Yanvar 2018 16:45 203
«Buta Airways»da yanaşı uçmağın yolu tapılıb

 

Azərbaycanın aşağı büdcəli avişirkəti olan «Buta Airways»la bağlı əsas iradlardan biri burada demək olar ki, bütün xidmətlərin pulu olmasıdır. 

 Səyyah.az turizm portalı xəbər verir ki, bu zaman ən çox xatırlanan hal birə səyahət edən sərnişinlərin yanaşı oturmaq üçün ödəniş etməsi tələbi idi. Şirkətdən FED.az-a verilən məlumata görə, birlikdə səyahət edən sərniinlər bileti bir neçə ay əvvəlcədən almalıdırlar: «Bilet bir-iki ay əvvəlcədən alınanda, təyyarədə yeriniz məlum olur. 24 saatdan az qalanda bilet alırıqsa, sistem özü sərnişinləri boş qalmış yerlərə yerləşdirir». Əgər həmin vaxt sərnişinlər yanaşı oturmaq istəsələr, bunun üçün adambaşına 3 avro ödəmək lazımdır. Bu ödəniş xaricdə 3 avro, Bakıda isə manatlıq ekvivalenti (indiki məzənnə ilə 6 manat) şəklində ödənilir.

Şirkətdən bildirilib ki, ödəniş tələbinə baxmayaraq sərnişinlərin əksəriyyəti buna qənaət etmir və ödənişi edib birlikdə uçmağa üstünlük verirlər.  

OXŞAR XƏBƏRLƏR