Göyərtəsində ermənilər olan təyyarə Bakıda təcili eniş etdi

Göyərtəsində ermənilər olan təyyarə Bakıda təcili eniş etdi
Xəbərlər 11 Yanvar 2018 16:48 197
Göyərtəsində ermənilər olan təyyarə Bakıda təcili eniş etdi

 

Yanvarında 8-də Çin hava yolları şirkətinə aid, Pekin-Tbilisi reysi ilə uçan sərnişin təyyarəsi Bakıda qəza enişi etməli olub. Həmin təyyarənin göyərtəsində beş erməni sərnişin olub ki, onlardan üçü Ermənistan vətəndaşıdır.

Səyyah.az  turizm portalı Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tert.am xəbər saytı təyyarənin sərnişini İda Mnasakanyana istanədən xəbər verir.

Erməni sərnişinlərdən birinin beş yaşlı uşaq olduğu bildirilir.

“Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə səmada bir neçə dəfə dövrə vurdu. Ekipaj üzvləri dedilər ki, dumanlı hava şəraiti ilə əlaqədar eniş edə bilmirlər. Sonradan təyyarə Bakıda eniş həyata keçirdi”, - deyə həmin sərnişin bildirib.

“Bizə Bakı aeroportunun əməkdaşı yaxınlaşıb bildirdi ki,  bizim erməni olduğumuzdan xəbəri var və  pasportlarımızı təyyarədə qoyub neytral zonaya keçməyə çağırdı. Biz də onun dediyi kimi etdik. Uşağın və həyat yoldaşımın pasportlarını  təyyarədə saxladıq, mən isə öz pasportumu götürdüm, belə ki, mən və övladım ABŞ vətəndaşlarıyıq. Bakı aeroportunda 12 saat qaldıq. Bizə ayrılan yerdə ancaq ermənilər var idi”, - deyə sərnişin əlavə edib.  

Mnasakanyan bildirib ki, Bakıdan Ermənistan XİN mətbuat katibi Tiqran Balayanla dərhal əlaqə saxlanılıb, o isə Vaşinqtonu erməni əsilli ABŞ vətəndaşlarının Bakı aeroportunda olduğu barədə xəbərdar edib.

Qeyd edək ki, təyyarə qəza enişindən 12 saat sonra Tbilisiyə qayıdıb.

OXŞAR XƏBƏRLƏR