Türkiyə 2018-ci ilin yaz-yay turizm mövsümündə alman turistlərin ən çox seçim etdiyi ölkələr arasındadır.
Səyyah.az turimz portalı xəbər verir ki, bunu Almaniyanın aparıcı turizm şirkəti TUI açıqlayıb. Qurumun açıqlamasına görə, bu mövsüm Türkiyədə istirahət etmək üçün müraciət edən turistlərin sayı ötən illə müqayisədə 70 faiz artıb. Məlumatı “Anadolu” agentliyi yayıb. @fins.az