“Taxt-tac oyunları” serialının fanatları üçün buzdan otel açılıb

“Taxt-tac oyunları” serialının fanatları üçün buzdan otel açılıb
Xəbərlər 12 Yanvar 2018 13:40 78
“Taxt-tac oyunları” serialının fanatları üçün buzdan otel açılıb

Helsinkidə “Taxt-tac oyunları” serialının fanatları üçün qeyri-adi otel açılıb. Bu otel demək olar ki, bütünlüklə buzdan düzəldilib.

  Səyyah.az turizm portalı Azərtac-a istinadən xəbər verir ki, otelin bütün ərazisində serialın populyar qəhrəmanlarının buz heykəlləri qoyulub. Nəhəng ağ piyada məxluqlara xüsusi əhəmiyyət verilir, çünki serialın süjetinə görə həmin məxluqlar da oxşar şəraitdə yaşayırlar. Oteldəki barı əjdahalar qoruyur, bütün otaqlar Vesterosun evlərindən birinə məxsusdur. Bundan əlavə, oteldə Braavos zalı tikilib və dəmir taxt qoyulub.Burada gecələmək də olar, amma bu halda paltarlı yatmaq lazım gələcək, çünki yataq yeri də tamamilə buzdan düzəldilib. Cütlüklər oteldə evlənə də bilərlər. Bunun üçün xüsusi toy otağı ayrılıb.Buz mehmanxanada bir gecə qalmaq 200 dollara başa gəlir. Qeyd edək ki, aprelin 8-dən etibarən bu oteli sökməyə başlayacaqlar, çünki yayda o sadəcə əriyər.

OXŞAR XƏBƏRLƏR