35 manata qonaqlama və 3 dəfə qidalanma – Qax-İlisu otellərində - QİYMƏTLƏR

35 manata qonaqlama və 3 dəfə qidalanma – Qax-İlisu otellərində - QİYMƏTLƏR
Xəbərlər 12 Yanvar 2018 17:18 2876
35 manata qonaqlama və 3 dəfə qidalanma – Qax-İlisu otellərində - QİYMƏTLƏR

Gözəl təbiəti ilə seçilən Qax-İlisu qış turizmi ilə də istər yerli istərsə də xarici turistlərin diqqətini çəkməyi bacarıb.

 Bu bölgədə genbəgün artan otel sayları da bu bölgəyə turistlərin marağından xəbər verir. Səyyah.az turizm portalı bu marağı nəzərə alaraq Qax-İlisuda yerləşən otellərin qiymətini təqdim edir.

“Səngər Qala”otel

Otel Qax rayonunun İlisu kəndində yerləşir . Mehmanxanada 39 otaq var. Adı çəkilən oteldə standart 2 nəfərlik otaqlarda qonaqlamaq 89 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 3 nəfərlik otaqlarda qonaqlamaq 119 manat, 4 nəfərlik otaqlarda qalmaq isə 169 manatdır.

"Residence" otel

Qaxda yerləşən Residence otel 5 kottecdən ibarətdir. Oteldə iki nəfərin qonaqlaması 50 manatdır . Bu qiymətə səhər yeməyi də daxildir. 4 nəfərlik kotteclər isə 120 manatadır.

“Yaşıl Park istirahət mərkəzi”

İstirahət mərkəzi kotteclərdən ibarətdir. Istirahət mərkəzində 5-10 yaş arası uşaqlara güzəştlər edilir. İki nəfərin kotteclərdə qonaqlaması 60 manatdır. Qeyd olunan qiymətlərə səhər yeməyi də daxildir.

“El-Resort”

5 ulduzlu otel Qax rayonunda yerləşir. Mehmanxanada 52 otaq var. Oteldə 2 nəfərlik standart otaqlar 108 manatadır. 3 nəfərlik otaqlar 128 manat, 4 nəfərlik otaqlar isə 216 manatdır. Göstərilən qiymətlərə səhər yeməyi və spa xidmətlərdən istifadə daxildir.

“İlisu pansionatı”

Pansionat İlisuda yerləşir. İstirahət mərkəzində həm apartmentlər həm də kotteclər var. İstirahət mərkəzində apartmentlərdə və kotteclərdə 1 nəfər üçün qonaqlama 35 manatdır. Bu qiymətə gün ərzində 3 dəfə qidalanma daxildir.

Məlumat üçün bildirək ki, ötən illə müqayisədə Qax-İlisuda yerləşən otellərin əksəriyyəti cüzi şəkildə qiymətləri qaldırıb. Belə ki, “Səngər Qala” ötən il 80 manata təqdim etdiyi otağı bu il 89 manata təklif edir. 3 və 4 nəfərlik otaqlarda qiymət artımı isə 19 manat olub. El Restor otelində isə demək olar ki, qiymət artımı olmayıb. Ötən il 108 manata təklif olunan standart otaqların qiyməti elə standart olaraq qalıb. Yalnız Yaşıl Park istirahət mərkəzində qiymət artımı iki dəfəyə yaxın olub. Belə ki, 30- 35 manata olan istirahət mərkəzində bu dəfə qiymətlər 60 manata qalxıb. İlusu pansionatında isə qiymətlər olduğu kimi qalıb.

@fins.az

OXŞAR XƏBƏRLƏR