AZAL-dan yenilik - uçuşa 60 dəqiqə qalmış...

AZAL-dan yenilik - uçuşa 60 dəqiqə qalmış...
Xəbərlər 15 Yanvar 2018 11:07 648
AZAL-dan yenilik - uçuşa 60 dəqiqə qalmış...

 

Bu gündən başlayaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

Səyyah.az saytı “APA-Economics”ə istinadən xəbər verir ki, qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq.

AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.

Bu qayda “Buta Airways” uçuşlarına da şamil edilir.

Qeyd edək ki, indiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.

OXŞAR XƏBƏRLƏR