Yeni reysin ilk sərnişini - ARTUR RASİZADƏ OLDU

Yeni reysin ilk sərnişini - ARTUR RASİZADƏ OLDU
Xəbərlər 16 Yanvar 2018 10:00 939
Yeni reysin ilk sərnişini - ARTUR RASİZADƏ OLDU

Oktyabrın 16-da Azərbaycanın paytaxtı Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb.

Səyyah.az turizm portalı Trend-ə istinadən bildirir ki, ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasizadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.

Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk ölkə olub. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, avıaşirkətin digər istiqamətlər kimi 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.

Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər - FOTO

Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər - FOTO

OXŞAR XƏBƏRLƏR