Türkiyədə sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq

Türkiyədə sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq
Xəbərlər 17 Yanvar 2018 13:42 437
Türkiyədə sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq

Bu ilin mart ayından Türkiyədə sərnişin təyyarələrində xüsusi təyinatlı polis əməkdaşları da uçacaq.

Səyyah.Az turizm portalı report-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) uyğun qanunu təsdiqlədiyindən bu xidmət tətbiq ediləcək.

Məlumatda təyyarələrdəki polis əməkdaşlarının silahlı olacağı bildirilir.

Bununla belə, bütün təyyarələrdə təhlükəsizlik əməkdaşlarının olması nəzərdə tutulmayıb. Xüsusi təyinatlı polis əməkdaşları yalnız riskli sayılan uçuşlarda xidməti vəzifəsini icra edəcəklər. 

OXŞAR XƏBƏRLƏR