Qəbələdə otel kompleksi açılıb

Xəbərlər 23 Sentyabr 2014 00:00 1162
Qəbələdə otel kompleksi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.

Prezident İlham Əliyev Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışında iştirak edib.

Prezident otel ilə tanış olub. Qəbələnin  Yengicə kəndi istisu sanatoriyasıdır.

Qəbələyə səfəri çərçivəsində Prezident İlham Əliyev Gilan-Qida Şəhərciyində də olub.

Dövlətimizin başçısına məlumat verilib ki, Gilan-Qida Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub.

Sonra Prezident İlham Əliyev “Gilan Holdinq”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb.

OXŞAR XƏBƏRLƏR