Qusarda ən sərfəli – OTELLƏR - QİYMƏTLƏR

Qusarda ən sərfəli – OTELLƏR - QİYMƏTLƏR
Xəbərlər 18 Yanvar 2018 14:34 37134
Qusarda ən sərfəli – OTELLƏR - QİYMƏTLƏR


Tətil və istirahətə əksəriyyətimiz ehtiyac duyuruq – ilboyu durmadan çalışdığımız üçün, qaynar şəhər həyatından yorulduğumuz üçün bu təlabat yaranır. Lakin hər kəs öz büdcəsinə uyğun istirahət məkanı tapa bilmir – kimimiz maddi baxımdan əlverişli yer tapmır, kimimiz gigiyenik qaydalara çox önəm verdiyi üçün tərəddüd edir, başqa birimiz isə fərqli səbəblərdən seçim edə bilmirik. Bu yazımız seçim edə bilməyənlər üçün çıxış yolu ola bilər. Səyyah. az Turizm və İstirahət Portalı oxucuları üçün bu dəfə gözəl turizm zonalarımızdan biri olan Qusar rayonundakı ən sərfəli otel və qonaq evlərinin siyahısını hazırlayıb.

 

 

“Boutique Hotel RA”

 

 

“Boutique Hotel RA”nın 50 AZN-ə təklif edilən 2 nəfərlik, 25 kvm-lik şəhər mənzərəli standart otağında geniş ikinəfərlik yataq, divan, dolab, televizor, kondisioner, soyunma otağı, əlavə bir ədəd açılıb-yığılan yataq, özəl hamam, təmizlik vasitələri, saç qurutma üçün fen, duş kabin və ya vanna, ödənişsiz internet mövcuddur. Həyətində kiçik bar-restoran, uşaqlar üçün oyun sahəsi var. Səhər yeməyi qiymətə daxil deyil.

 

“Qayi Bulaq İNN”

 

 

Qusardakı “Qayi Bulaq İNN” Qonaq Evində 25 kvm-lik ikinəfərlik otaqların kirayəsi üçün 59 AZN tələb olunur. Dağ mənzərəli otağın ikinəfərlik geniş yatağı (istəyə görə iki ədəd təkadamlıq yataq da ola bilər), kondisioneri, televizoru, istilik sistemi, geyim dolabı, əlavə açılıb-yığılan yataq, paltar qurutma mexanizmi, divan kimi əşyaları var. Hər otağın özəl hamamı, təmizlik vasitələri, dəsmal və xalatı var. Səhər yeməyi otaq qiymətinə daxil deyil. Mehmanxana ərazisində bunun üçün kiçik yeməkxana da var. Ödənişsiz avtmobil parkı və internet var.

 

“Ümid Hotel”

 

 

“Ümid Hotel”in standart otaqları 2 qiymətə - 69 və 90 AZN-ə təklif edilir. 12 kvm-lik 69 AZN-ə olan otaqda təkadamlıq 2 ədəd çarpayı, televizor, istilik sistemi, ev başmaqları var. Özəl hamamı, dəsmal və təmizlik vasitələri mövcuddur. Ödənişsiz internetdən istifadə sərbəstdir. Otağın girişi xüsusidir. Avtomobil üçün park yeri ödənişsizdir. 15 kvm ərazisi olan 90 AZN-lik otaqlarda isə çarpayıdan əlavə yumşaq mebel, çay və kofe bişirən aparat, televizor, ütü, istilik sistemi, soyuducusu, balkon var. Hamamında dəsmal və təmizlik vasitələrindən başqa saç feni də mövcuddur. İnternet və avto parklama yeri ödənişsizdir. Səhər yeməyi otaq qiymətlərinə daxil deyil.

 

“Karvan Otel”

 

 

“Karvan Otel”də gecələmək istəsəniz 30 kvm-lik ikinəfərlik standart otağa görə 59 AZN ödəməli olacaqsınız. Gözoxşayan bağça və ya şəhər mənzərəsi, balkonu, kondisioneri, televizoru, iş basası, ütü, yumşaq mebel, soyunma bölümü, paltar dolabı, istəyə görə uşaq beşiyi, özəl hamamında fen, təmizlik vasitələri, ev başmaqları olan otağa məşğuliyyət üçün masa oyunları və puzlle da qoyulur. İnternet və avtomobil parkı ödənişsizdir. Otaq qiymətinə səhər yeməyi də daxildir.

 

“Ladera Resort Otel

 

 

“Ladera Resort Otel”də standart 2 nəfərlik otaqların qiyməti 105 AZN-dir. Geniş ikinəfərlik taxt, paltar dolabı, kondisioner, televizor, yazı masası, çay və ya qəhvə hazırlamaq imkanı, özəl hamamında saçqurutma feni, təmizlik vasitələri, hamam xalatı və dəsmalları mövcuddur. İnternet ödənişsizdir. Səhər yeməyi otaq qiymətinə daxildir. Qapalı üzmə hovuzu, SPA mərkəzi əlavə ödənişlidir.

 

“Quba Soyuqbulaq Cottege”

 

 

“Quba Soyuqbulaq Cottege”də gecələmək istəyənlərin ixtiyarına 115 AZN-ə təklif edilən 63 kvm-lik özəl koteclər verilir. 4 nəfərlik dağ və çay mənzrəli koteclər kondisioner, televizor, seyf, istlik sistemi, paltar dolabı, yumşaq mebel, iş masası, özəl hamamında təmizlik vasitələri, hamam xalatı, fen, ev başmaqları və dəsmalları ilə təklif edilir. WIFI yoxdur. Səhər yeməyi otaq qiymətinə daxil deyil, bunun üçün əlavə 10 AZN ödəmək lazım gələcək.

 

“Qusar Olimpik Cottage”

 

 

“Qusar Olimpik Cottage”də gecələmək istəsəniz ixtiyarınıza ikinəfərlik yatağı olan 50 kvm-lik koteclər veriləcək. 117 AZN müqabilində təklif edilən koteclərin balkonu var. Mətbəxi, yataq və qonaq mebeli ilə təmin edilmiş koteclərdə televizor, telefon, seyf, kondisioner, soyuducu, minibar, isitmə sistemi, paltar dolabı, açılıb-yığılan əlavə yataq var. Özəl hamamı, ev başmaqları, fen, xalat və dəsmalları ilə birlikdə verilən koteclərin mətbəxində ehtiyac olan hər şey -soba, çörək qızardan maşın, qab-qacaq var. Uşaqlar üçün təhlükəsizlik qapıları mövcuddur. İnternet ödənişsizdir. Səhər yeməyi otaq qiymətinə daxil deyil, bunun üçün 10 AZN tələb edilir.

 

“Zəngəzur Otel-Restoran”

 

 

“Zəngəzur Otel-Restoran”da ixtiyarınıza veriləcək koteclər 3 nəfərlikdir. 144 AZN müqabilində təklif edilən kotecin böyüklüyü 45 kvm-dir. Balkonu, dağ və ya meşə mənzərəsi olan otaqların kondisoneri, televizoru, ütüsü, iş masası, istilik sistemi, yumşaq mebeli, soyuducusu, yemək bölümü, elektrikli su isidicisi, paltar qurutma mexanizmi, hamamı, feni mövcuddur. Əlavə olaraq kitab, DVD, musiqi dinləmək imkanları da var. Uşaqlar üçün təhlükəsizlik qapıları mövcuddur. İnternet ödənişsizdir. Səhər yeməyi qiymətə daxil deyil. Bunun üçün əlavə 5 AZN ödənilir.

 

“MM Boutique Hotel”

 

 

“MM Boutique Hotel”in standart otağının ölçüsü 54 kvm, qiyməti 102 AZN-dir. Otaqda 1 ikinəfərlik taxt, 2 ədəd təknəfərlik yataq var. Kondisionerli, televizorlu, soyuduculu olan otaqlarda elektrik su qızdırıcı, paltar dolabı, isitmə sistemi, ev başmaqları da mövcuddur. Özəl hamamında lazım olan bütün təmizlik vasitəlləri, hamam xalatı və dəsmallar, habelə fen var. İnternet istifadəsi ödənişsizdir. Səhər yeməyi otaq qiymətinə daxildir.

 

“Chateau Qusar”

 

 

“Chateau Qusar”da standart 2 nəfərlik otağın ölçüsü 20 kvm, qiyməti isə 108 AZN-dir. 2 nəfərlik geniş taxt, televizor, kondisioner, mini bar, su isidicisi, çay və qəhvə dəmləyən, telefon, seyf, iş masası, ütü, istilik sistemi, soyunma bölümü, açılıb-yığılan əlavə bir yataq mövcuddur. Özəl hamamında tələb edilən hər əşya - təmizlik vasitələri, xalat və dəsmallar, fen var. Boş vaxtlarınızı keçirə biləcəyiniz masaüstü oyunlar və puzlle da ixtiyarınıza verilir. İnternet imkanı məhduddur. Otağın qiymətinə səhər yeməyi də daxildir.

OXŞAR XƏBƏRLƏR