AZAL-dan- Payız endirimləri

Aksiya oktyabrın 1-dən 15-dək alınan biletlərə şamil olunur
Xəbərlər 23 Sentyabr 2014 00:00 1296
AZAL-dan- Payız endirimləri

“Azərbaycan Hava Yolları” bir neçə aviareys üzrə xüsusi Payız aksiyasına başlayıb. Seyyah.az xəbər verir ki, aksiya çərçivəsində London-Bakı-London istiqamətində 399 funt-sterlinqə, Bakı-London-Bakı istiqamətində isə 449 avroya bilet əldə etmək olar. Eyni zamanda, Təbriz və Tehrana 209, Roma, Milan, Paris, Praqa, Pekinə 449, Tel-Əvivə 379, Tbilisi-Nyu York-Tbilisi (Bakıdan keçərək) reysinə isə 630 avroya gediş-gəliş bileti almaq mümkündür.

 

Aksiya oktyabrın 1-dən 15-dək alınan biletlərə şamil olunur. Uçuşlar noyabrın 1-dən dekabrın 10-dək olan dövrü əhatə edir.

OXŞAR XƏBƏRLƏR