AZAL-da endirimlərə başladı – QİYMƏTLƏR

AZAL-da endirimlərə başladı – QİYMƏTLƏR
Xəbərlər 18 Yanvar 2018 16:20 2345
AZAL-da endirimlərə başladı – QİYMƏTLƏR

"Azərbaycan Hava Yolları" (AZAL) qış aksiyası çərçivəsində xüsusi endirimlər barədə elan edir. Seyyah.az turizm portalı xəbər verir ki, 2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində aşağıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti:

 

Bakı-İstanbul-Bakı – 159 avro

İstanbul-Bakı- İstanbul – 179 USD

 

Bakı-Kiyev-Bakı – 169 avro

Kiyev-Bakı-Kiyev – 199 USD

 

Qiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü: 2018-ci il yanvarın 21-dən martın 3-dək.

 

Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.

 

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə  onlayn qeydiyyatdan keçə bilər. http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

OXŞAR XƏBƏRLƏR