Bakıda adında əfsanələr gəzən restoran

Bakıda adında əfsanələr gəzən restoran
Xəbərlər 19 Yanvar 2018 08:45 1491
Bakıda adında əfsanələr gəzən restoran

Ölkəmizdə bir çox dünya brendləri fəaliyyət göstərir.

Bu brendlər müxtəlif sahələrin ən tanınmışlarıdır. Azərbaycanda fəaliyyət göstərən məşhur brendlərdən biri də Paris Bistro restoranıdır. Adı çəkilən məkan Fransa mətbəxini sevən qurmanlar üçün xüsusi önəm kəsb edir. Belə ki, Paris Bistro restoranın adı haqqında bir çox miflər gəzir. Səyyah.az turizm portalı xəbər veri ki, fins.az bu mifləri araşdıraraq restoranın əsl adının mənasını öyrənməyə çalışıb.

Картинки по запросу Paris Bistro

İlkin versiyaya görə Paris Bistro restoranın adı rus sözü olan bıstro sözündən tərcümədə tez sözündən götürülüb. Turistlər arasında gəzən şayəyə görə 1814-cı ildə rus kazaklarının Parisi zəbt etməsi zamanı bir qrup əsgər Monmartrada restoranların birinə daxil olaraq tez bir zamanda yemək və içmək istədikləri üçün bıstro bıstro deyərək qışqırıblar. Lakin tarixə nəzər salsaq görərik ki, ilk Paris Bıstro restoranı 1973-cü ildə qədim Müqəddəs Petra kilsəsinin yerində fəaliyyətə başlayıb.

Картинки по запросу Paris Bistro bakı

Baxmayaraq ki, ruslarla bağlı bu əfsanə rusiyalı turistlərin həmişə könlüncə olub. Amma bu elə əfsanə olaraq qalır. Qədim Fransa lüğətinə görə, Le Petit Robert –yəni bıstro, daha dəqiq, tez ifadəsi Fransada 1814-cü ildən çox əvvəl yaranıb. Fransızca bistouille kimi tələffüz olunan bu söz zəhərli alkaqol mənasını ifadə edir. Bu ifadə Fransız dilində iki cür məna verir. 1-ci məna Marchand de vin tenant café. «Les prolétaires qui s’empoisonnent chez le bistrot» Şərab satıcısı, özünü zəhərləyən proletarlar 2-ci məna Café. «Petits bistrots de chez nous, où trois bougres rigolent en sifflant du piccolo». — Var. Bistroquet . Balaca lakin olduqca ciddi olan və bistroke içilən məkan.

Картинки по запросу Paris Bistro bakı

Tarixçilərin fikrincə bıstro sözünün Fransada ruslar tərəfindən formalaşması ən azından tarixi xronoloji ardıcıllığa uyğun gəlmir. Bu söz ruslar tərəfindən 19-cu əsrdə işləndiyi halda Fransada bistraud ( şərab satanın balaca köməkçisi) sözü çox-çox əvvəl yaranıb. Artıq çoxdandır ki, adı əfsanələrlə zəngin olan Paris Bıstro restoranı paytaxtımızda da fəaliyyət göstərir. 

OXŞAR XƏBƏRLƏR