Yarım milyon insanın qatıldığı FESTİVAL

Yarım milyon insanın qatıldığı FESTİVAL
Xəbərlər 19 Yanvar 2018 10:47 484
Yarım milyon insanın qatıldığı FESTİVAL

Sziget Festivalı 1993-cü ildən keçirilir.

 

   Səyyah.az turizm portalının verdiyi xəbərə görə bu Avropanın ən populyar və böyük musiqi festivallarından biridir. Azərbaycan dilində Siget oxunan və manası “bir yerdə” olan festivalın ilk ilində sadəcə macar musiqiçiləri iştirak ediblər, 94-cü ildən etibarən isə məşhur xarici qrup və müğənnilərin konsert meydanına çevrilib. Festival Dunay çayının Budapeştin mərkəzinə düşən hissəsində yerləşən Obuda adasında keçirilir. Beləcə festivala qatılmaqla həm əylənə həm də Budapeşti kəşf edə bilərsiniz. Festivala hər il yüz minlərlə iştirakçı qatılır. Məsələn Sziget 2016-da təqribi yarım milyon adam iştirak etmişdi. Festival ərazisində müxtəlif musiqi janrlarına görə bölünmüş 13 musiqi səhnəsi, 30a yaxın isə müxtəlif əyləncə məkanları, atraksionlar quraşdırılır. @fins

OXŞAR XƏBƏRLƏR