Bakıdakı oteldən şok qiymət - GÜNÜ 8 MANATA

Bakıdakı oteldən şok qiymət - GÜNÜ 8 MANATA
Xəbərlər 19 Yanvar 2018 13:46 1499
Bakıdakı oteldən şok qiymət - GÜNÜ 8 MANATA

"Bakıda qalmaq bahadı" deyənlər bu qiymətləri görsələr yəqin şok olarlar.3 ulduzlu oteldə günə 8 manata qalmağa yer var.

Səyyah.az turizm portalının əldə etdiyi məlumata görə "Baku Palace Hotel"-də bir gecəsi 8 manata qalmaq olar. Oteldən verilən xəbərə görə bu qiymət yalnız 6 çarpayısı olan hostel tipli otaqda bir nəfərlik yerin qiymətidir. Ümumiyyətlə isə oteldə 1 nəfərlik otaqda tək çarpayı ilə qiymət 40 manatdır. 

Qeyd edək ki, qiymətlərə səhər yeməyi daxil deyil və ümumiyyətlə adı çəkilən oteldə səhər yeməyi verilmir. Oteldən bunu yaxınlıqda çox sayda kafe və restoranarın olması ilə əlaqələndiriblər. 

Bu tesisin galeri resmi

"Asena Hotel"-də isə günü 16 manatdan bir otaqlı nömrə götürə bilərsiniz. Oteldən Səyyah.az-a verilən məlumata görə qiymətə səhər yeməyi də daxildir. Üstəlik də çay və kofe pulsuz. Otaqda isə isti-soyuq su ilə təmin olunan hamam otağı var. Bundan başqa otaqlar televizorla da təmin olunub. 

Qeyd edək ki, Ziya Bünyatov prospektində yerləşən "Asena Hotel" əvvəlki "Riva Hotel" olub.

Bu tesisin galeri resmi

Ucuzluğu ilə təəccüb yaradan digər otel isə "Təbriz Hotel"dir. Günü 25 manata olan otaqlarda pulsuz WiFi, vanna otağı, televizor, kondisioner var. Qiymətə səhər yeməyi də daxildir.

Bu tesisin galeri resmi

OXŞAR XƏBƏRLƏR