Dünyanın ən təlükəli xizək kurortu

Dünyanın ən təlükəli xizək kurortu
Xəbərlər 19 Yanvar 2018 15:16 722
Dünyanın ən təlükəli xizək kurortu

Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir.

  Səyyah.az turizm portalının məlumatına görə dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Məşhur formula 1 pilotu Mixael Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi. Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artıq. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.

OXŞAR XƏBƏRLƏR