"2007 ci ildən bu günədək Azərbaycan turizm sektorunda öz sözünü deyən R&R Travel Şirkəti 2017-ci ilin son və 2018-ci ilin ilk mükafatını alıb.
Səyyah.az turizm portalı xəbər verir ki, qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu təşkilatçı şirkətlərindən olan BHS Group Azərbaycandan ilin ən yaxşı turizm şirkəti olaraq yalnız R&R Travel Şirkətini "Türkiyə-Azərbaycan Kardeşlik Ödülü"nə layiq bilib. Hər iki ölkənin mədəniyyət, iqtisadiyyat, siyasət, idman sahələrindən bir çox məhşurlar simaların da ödülləndiyi möhtəşəm Lazzoni hoteldə keçirilmiş təntənəli təqdimat mərasimində R&R Turizm Şirkətinin 10 il ərzində iki ölkə arasında turizm sektorunun inkişafına verdiyi tövfələrdən danışılıb, şirkətin xüsusi xidmətləri qeyd olunub.
Qeyd edək ki, əsası 2007 cü ildə qoyulmuş R&R Travel Şirkəti bütün növ turizm xidmətləri ilə yanaşı daha çox MİCE (işgüzar-biznes) turizm sahəsinin liderlərindəndir. Bu illər ərzində R&R Travel Şirkəti bir çox nüfuzlu beynəlxalq və yerli tədbirlərin qüsursuz təşkilatçısı qizmində çıxış edib və operativ idarəetmə və təşkilatçılıq sahəsində dəfələrlə yüksək mükafatlara layiq bilinib. Dövlət və hökumət nümayəndə heyətlərinin səfərlərinin təşkili ilə yanaşı beynəlxalq konfranslar, idman yarışları, kongreslər, simpozium və qurultayların keçirilməsi üzrə ixtisaslaşmış R&R Travel Şirkəti artıq qardaş Türkiyədə də tanınır və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirilir. "