"British Airways”-dən azərbaycanlı turistlər üçün-TƏKLİF

“British Airways”ın 2014-cü il üzrə istiqamətləri sifariş etmək üçün ba.com veb-səhifəsini yanvarın 23-dək ziyarət etmək lazımdır.
Xəbərlər 23 Yanvar 2014 00:00 1691
"British Airways”-dən azərbaycanlı turistlər üçün-TƏKLİF

"British Airways” aviaşirkəti Böyük Britaniya, Avropa, ABŞ və Kanadaya səfər etmək istəyən azərbaycanlı turistlər üçün xüsusi tarif təklif edir. Bu il üçün təklif edilən yeni ən yaxşı istiqamətlər hazırda azərbaycanlı turistlər arasında daha məşhur olan Avropa istiqamətlərindən fərqli və uzaqdır. Böyük Britaniyanın Lids və Şotlandiyanın Qlazqo şəhərlərindən ABŞ-ın Ostin, Albukerke və Las-Veqas şəhərlərinə olan aviareyslər turistlərə nadir və maraqlı təcrübə qazandıracaq.

“British Airways”ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis deyir ki, Böyük Britaniyanı Londondan kənarda tədqiq etmək istəyənlər bunu Lids şəhərində edə bilər. Burada Roma sikkələrinin tapılması üçün arxeoloji qazıntı ilə məşğul olmaq, tarixi ekskursiyaya yollanmaq və ya kənd yerlərində gəzintiyə çıxmaq mümkündür. “Daunton abbatlığı” serialından sonra Yorkşir qraflığı 2014-cü ildə “Lonely planet” internet portalında səyahət üçün aparıcı istiqamətlər üzrə 3-cü yeri tutmuşdur. Yorkşirdən bir qədər şimalda Qlazqo şəhəri yerləşir. Bu şəhər iyulun 23-də Birlik Oyunlarının mərkəzinə və bununla da “British Airways”ın ən yaxşı istiqamətlərindən birinə çevriləcək.

Əgər ABŞ-da macəralar sizi daha çox cəlb edirsə, Ostində canlı musiqidən ilhamlana bilərsiz, “Breaking Bad” serialının çəkildiyi Albukerke isə səyahətçilərə SPA xidmətləri, qolf meydançası, yatmış vulkanlar, hava şarında gəzinti və “kabus” turları təklif edir. Las-Veqas da turistlərin sevimli məkanlarındandır.

Aviaşirkətin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, “British Airways”ın 2014-cü il üzrə istiqamətləri sifariş etmək üçün ba.com veb-səhifəsini yanvarın 23-dək ziyarət etmək lazımdır. Əldə olunan biletlərlə iyulun 31-dək səyahət etmək olar. Böyük Britaniya və Avropaya biletlərin tarifi 477 avrodan, ABŞ və Kanadaya isə 744 avrodan başlayır.

İl ərzində dünya üzrə 36 milyona yaxın sərnişin daşıyan “British Airways” 75 ölkədə 170 istiqamətdə uçuş həyata keçirir.

Azertag.az 

OXŞAR XƏBƏRLƏR