AZAL-ın Gürcüstana daşıdığı sərnişinlərin sayı kəskin artıb

AZAL-ın Gürcüstana daşıdığı sərnişinlərin sayı kəskin artıb
Xəbərlər 23 Yanvar 2018 09:14 503
AZAL-ın Gürcüstana daşıdığı sərnişinlərin sayı kəskin artıb

2017-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 87 044 sərnişin daşıyıb.

 

Səyyah.az turizm portalı xəbər verir ki, Gürcüstanın Mülki Aviasiya Agentliyi xəbər verir ki, bu göstərici 2016-cı illə müqayisədə 23 368 sərnişin və ya 36,6% çoxdur.Ötən il AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib. 2017-ci ildə qonşu ölkədə yerli və xarici aviaşirkətlər ümumilikdə 3 mln. 982,313 min sərnişinə xidmət göstərib. Daşınmış sərnişinlərin sayına görə “Türk Hava Yolları” (THY) aviaşirkəti birinci yeri saxlayıb. Türkiyənin ən iri aviaşirkəti 2017-ci ildə Gürcüstana 463 840 sərnişin daşıyıb. Aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 12% olub.

Qeyd edək ki, ötən ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşlar AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkət tərəfindən həyata keçirilir. 

© APA

OXŞAR XƏBƏRLƏR